O.Piastri: Uşaqlıq qəhrəmanlarımla yarışmaq inanılmaz hissdir

Bu mövsüm F1-də debüt edəcək Oskar Piastri yeni mövsüm barədə bir daha fikirlərini bölüşüb.

F-1.az xəbər verir ki, gənc sürücü Alonso və Həmilton kimi uşaqlıqdan pərəstişkarlıq etdiyi sürücülərlə yarışacağı üçün həyəcanlı olduğunu bildirib.

Oskar Piastri: “Keçən il Fernando Alonso ilə işləmək təcrübəm oldu, bu mənim üçün bir kəşf idi. Fernando uşaqlıqdan heyrətlə baxdığım pilotdur. Lyuis Həmilton da belədir. Gənclik karyeram boyu onun inkişafını izlədim.

Belə pilotlarla rəqabət aparmaq inanılmaz bir şey olacaq. Əlbəttə ki, mən dəbilqə taxdığım zaman hər şey fərqli olacaq, amma uşaqlıq qəhrəmanlarımla yarışmaq hissi əladır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*