FİA prezidenti Alonsonun Formula1-də qalmağını istəyir

Muhəmməd ben Sulayem gələn mövsüm Fernando Alonsonu Formula1-də saxlamaq üçün əlindən gələni edəcəyinə söz verib. FİA prezidentinin sözlərinə görə, ikiqat dünya çempionunun karyerasını yalnız Aston Martin-in rəqabətədavamlı olmayan bolidə görə başa vurması qəbuledilməzdir.

“Biz heç bir halda buna yol verə bilmərik ki, böyük çempion Fernando Alonso yalnız yaranmış şəraitə görə getsin, – deyə Muhəmməd ben Sulayem Madriddə keçirilən New Economy Forum iqtisadi forumunun kuluarlarında fikrini bölüşüb. – Səhnəni belə tərk etmək olmaz. O, uğur qazanmalı, yalnız bundan sonra istəsə getməlidir, yoxsa zəif nəticələrin onu bu addımı atmağa məcbur etdiyinə görə yox.

Mən problemin mahiyyətini başa düşürəm – maşın getmir. Dünən mən komandanın sahibi Lourens Strollla görüşmüşəm və dəyişikliklərə nail olmaq niyyətindəyəm, həmçinin Alonsoyla danışacağam ki, onu qalmağa razı salmağa çalışım. Vəziyyət qəbuledilməzdir.

Mən onu bu yaxınlarda çox məyus vəziyyətdə gördüm və dedim: “Fernando, mən başa düşürəm. Sadəcə qəbuledilməzdir ki, sən ikiqat çempion statusunda vətəninə gələsən və sonuncu olasan”.

Mayın əvvəlində biz artıq reqlament çərçivəsində bəzi addımlar atmışıq ki, komandaya mühərriklə bağlı vəziyyəti yaxşılaşdırmağa kömək edək. Bundan sonra mən Fernandoya demişəm: “Nə etməyi planlaşdırdığımızı danışmayacağam. Xahiş edirəm, mənə de görüm sən nə istəyirsən, çünki sürücü sənsən. De ki, bu nəticələri yaxşılaşdırmaq üçün biz nə etməliyik”.

Gözlənilmədən hər şey dəyişib – mənə zəng gəlib və dünən görüş baş tutub. Biz burada dəstək göstərmək üçün varıq”.

,