Alonso 2020-ci ildə hansı sürücüləri izlədiyini açıqlayıb

Keçən il Fernando Alonso Formula1-ə qayıtdı və bu qayıdışın kifayət qədər uğurlu olmasını deyə bilərik: ikiqat dünya çempionu mövsümü ilk onluqda başa vurdu və xallara görə Alpine-də komanda yoldaşı Esteban Okonu qabaqladı.

F-1.az xatırladır ki, bundan əvvəl ispaniyalı sürücü dünya çempionatında fasilə götürmüşdü, çünki 2019-cu və 2020-ci illərdə o, digər layihələrlə məşğul idi: o, dözümlülük yarışlarında yarışmış və Toyota zavod komandası ilə Le Manda iki qələbə qazanmaqla WEC titulunu bayram etmişdi və həmçinin Dakar ralli-reydinə qatılmışdı.

Amma hətta bu müddət ərzində o, Formula1 dünyasında baş verən hadisələri diqqətlə izləyib və hər şeydən əvvəl bir neçə sürücü onun diqqətini cəlb edib.

“Hələ keçən mövsüm başlamazdan əvvəl demişdim ki, televizorda Formula1-ə baxanda Corc Rassell məndə ən güclü təəssürat yaradırdı, onun zəif Williams maşınındakı nəticələri möhtəşəm idi, – deyə Alonso çempionatın rəsmi saytına bildirib. – Həmçinin Maks Ferstappen. Televizoru açanda bu iki oğlanı izləyirdim. Bir də Daniel Ricciardonu, çünki o vaxt Renault komandasında çıxış edirdi və 2020-ci ildə onların maşını ilə çox maraqlanırdım.

Ancaq demək istəyirəm ki, məhz bu sürücülər başqalarından daha çox çalışırdılar – televizoru onlara görə açırdım”.

Qarşıdan gələn mövsümlə bağlı danışan Alonso nəticələrin tamamilə Alpine komandasının işinin effektivliyindən asılı olacağını vurğulayıb: “Yaxşı maşın hazırlamaq yalnız özümüzdən asılıdır: ya biz bunu edəcəyik, ya da öz səhvlərimizdən dərs almalıyıq. Ancaq daha az büdcəmiz, daha az resursumuz və ya rəqiblərin eyni anda iki aerodinamik borusu var kimi bəhanələrimiz olmayacaq.

İndi bu cür şeylərə istinad etmək artıq mümkün deyil, ona görə də uğur yalnız bizdən asılıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*