F.Alonso: Bu il ən yaxşı formamdayam

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, bu il ən yaxşı performansını göstərir.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu bu il göstərdiyi performansla hamını heyrətə gətirir. 40 yaşlı sürücü həm sıralanma, həm də yarış tempinə görə sözün əsl mənasında qocalıqda yorğalıq edir.

İspaniyalı sürücü bu il daha çox xal yığa bilərdi, amma yaşadığı mexaniki problemlərə görə bir neçə dəfə mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Fernando Alonso: “Qazanmaq və podium uğrunda mübarizə aparmaq üçün darıxıram. Amma eyni zamanda əylənirəm, çünki özünüzə qarşı yarışırsınız. Hazırda 2019-cu ilə nisbətən yaxşı vəziyyətdəyəm. Keçən il də performansım yaxşı olsa da, 100 faizlik deyildi. Bu il isə 100 faizlik səviyyəmdə performans göstərə bilirəm. Gözlənilməz şeylər edə bilərəm. Karyeram ərzində ən güclü tərəfim bu olub. Bu il o səviyyəyə qayıtmışam’.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*