Fernando Alonso təqdimatda olmayacaq

İkiqat Dünya Çempionu Fernando Alonso Alpine komandasının təqdimatında olmayacaq.

F-1.az bildirir ki, ispaniyalı sürücü fevralın 12-də velosiped qəzası keçirmiş və çənəsi qırılmışdı. Alonsonun bundan başqa iki dişi qırılıb və dodağı partlayıb.

İkiqat Dünya Çempionunun təqdimatda və mövsümöncəsi testlərdə çıxışı müəmmalı idi. Dünən verilən açıqlamada bildirilib ki, Alonso qış testlərində olacaq, lakin martın 2-də Alpine komandasının yeni bolidinin təqdimatına gələ bilməyəcək.

Komanda bunun gigiyena ilə əlaqəli olduğunu deyib: “Gigiyena qaydalarına görə məhddudiyyətlər var. Bu hal marketinq fəaliyətimizə mane olur. Fernando Alonso ilə sual-cavab tədbiri olacaq. O, mövsünöncəsi testlərdən əvvəl – Bəhreyndə mətbuatla görüşə biləcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*