F.Alonso: “İndy500-də yarışa bilərəm”

Fernando Alonso Formula1-dən əvvəlki kimi həzz almadığını bildirib və başqa seriyalarda özünü sınamaq istədiyini deyib. Bunun üçün isə İndy500 yarışının daha yaxşı olacağını düşünür.

F-1.az xatırladır ki, Fernando Alonso Formula1-də sonuncu qələbəsini 2013-cü ilin İspaniya yarışında qazanıb.

Fernando Alonso: “İndy500 həyəcanvericidir. Fərqli tərzdədir və bolidi sürməmişdən əvvəl öyrənməli olduğunuz çox şey var. Bu seriyada yarışmağa yaxşı baxıram. Çünki Formula1-də Dünya Çempionu olduqdan sonra iki vacib yarış qalır – Le Manın 24 saatlıq marafonu və İndianapolisin 500 millik marafonu”.

İndy500 digər seriyalarda yarışan sürücülərə test imkanı verir. İspaniyalı sürücü bildirib ki, Formula1 karyerası bitmədən bu testlərə qoşula bilməz. Xatırladaq ki, Emerson Fittipaldi və Naycel Mənsell Formula1 karyeraları bitdikdən sonra İndy500-də yarışıblar.

Alonso bildirib ki, yeni qaydalardan sonra Formula1-in marağı itib: “Son dəyişikliklərdən razı deyiləm. Bolidləri real limitlərdə idarə edə bilmirik. Yarışlarda aqressiv ola bilmirik. Çünki təkərlər icazə vermir. Gələn il çox şey dəyişəcək. Ümid edirəm ki, Formula1 əvvəlki kimi maraqlı olar. Əgər bu işin marağı get-gedə azalacaqsa, digər seriyalarda yarışa bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*