F.Alonso: Altıncılıq mümkün idi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, titrəmə olduğu üçün virtual təhlükəsizlik maşını rejimində iki pit-stop edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü virtual təhlükəsizlik maşını vaxtı yaxşı yerdə idi, amma komanda onu iki dəfə pit-stopa almaqla, 14-cü yürə geriləməsinə səbəb olub. Buna baxmayaraq, yüksək əzmkarlıq göstərən Fernando 10-cu olaraq, sonuncu 1 xalı əldə edib.

Fernando Alonso: “Daha çox əylənmək və daha çox ötmə etmək üçün iki dəfə pit-stop etdik.

Doğrudan da çətin yarış idi. Startdan sonra hamımız DRS qatarına ilişmişdik və ötmə etmək çətin idi. Ancaq rəqiblərimizdən sürətli idik. Bolidin performansından razıyam. Onlar pitə girəndə önümüz açıldı və Hard-Hard-Medium strategiyasından faydalandıq.

Virtual təhlükəsizıik maşınının arxasında pitə girdik və altıncı yeri tutmağımız real idi, çünki Landonun arxasında idim və onları ötmək asan görünürdü. Bəlkə də, Estebanın arxasında ola bilərdik. Altıncı yer əla nəticə olardı.

Amma trasa çıxdıqdan qısa müddət sonra təkərlərdə titrəmə hiss etdim. Buna görə yenidən pit-stop etdik. 14-cü yerdə idim və safəcə 9 dövrə qalmışdı. 10-cu yeri tuta bildim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*