F.Alonso ən gözəl xatirəsini danışıb

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Alpine-dəki ən xüsusi xatirəsi keçən il Qətərdə qazandığı podium olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ikiillik fasilədən sonra keçən il Alpine ilə idmana qayıtmış və Qətərdə Həmilton və Ferstappendən sonra üçüncü olaraq podiuma yüksəlmişdi.

Fernando Alonso: “İkillik fasilədən sonra dincəlib Formula1-ə qayıtmışdım. Alpine-dəki iki ildə ən gözəl xatirəm Qətərdəki podium idi. O həftə layiq olduğumuz nəticəni qazandıq. Bolidin tempi üçüncü yer üçün bəs edirdi. Bu nəticəni bəxt hesabına qazanmadıq. Orada çempionluq uğrunda mübarizə aparan Lyuis Həmilton və Maks Ferstappendən sonra üçüncü olmaq sevindirici idi. Ümid edirəm ki, bu həftəsonu Əbu Dabidə daha gözəl xatirəmiz olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*