F.Alonso: Maksimum nəticə bu idi

Aston Martin bu gün Şpilberqdə hər iki sürücüsü ilə xal qazansa da, komandada heç kim nəticədən razı deyil.

F-1.az xatırladır ki, bu gün Fernando Alonso finiş xəttini 6-cı yerdə keçib, Ləns Stroll isə xal qazanmağa imkan verən son yeri tutub.

Fernando Alonso: “Bu gün bizim maksimumumuz bu idi. Sürət baxımından Lando Norris və Mercedes avtomobillərinə yaxın idik, Hard-da start götürərək strategiya hesabına yer qazanmağa çalışdıq, lakin Virtual Təhlükəsizlik Maşını rejimi uzun və potensial ilk hissə üstünlüyümüzün üstündən xətt çəkdi.

Keçən il də bu tras bizim maşına uyğun gəlmədi, ona görə də düşünməli bir çox şeyimiz var. Biz sprintdə bir neçə xal qazanaraq, Mühəndislər Kubokunda ikinci yer ilə aramızdakı fərqi aradan qaldırdıq.

Mövsüm uzundur, gələn həftə komandanı Silverstounda – inanılmaz trasda ev yarışı gözləyir. Biz mümkün olan hər şeyi edəcəyik”.

Ləns Stroll: “Gün çətin keçdi, amma əsas odur ki, komanda üçün vacib xallar qazandıq.

Biz Virtual Təhlükəsizlik Maşınını (VTM) zamanı pit-stop strategiyamızı bir az səhv təyin etdik, bir qədər vaxt itirdik və bu qərar yarışın qalan hissəsi üçün strategiyanı diktə etdi. İndi aydın oldu ki, biz VTM-nin ikinci dövrəsində yox, birinci dövrəsində pit-stop etməliydik. Gələcək üçün nəticə çıxarmaq lazımdır.

Maraqlı mübarizələrim oldu, xüsusən üçüncü döngədə Yuki Tsunodanı ötməyimi bəyəndim. İndi diqqətimiz Silverstouna çevrilir. Bu, təqvimdəki ən yaxşı traslardan biridir və bir neçə gündən sonra oraya qayıtmağı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*