O.Safnauer Aston Martin-i tərk edib

Aston Martin komandanın rəhbəri Otmar Safnauerin vəzifəsindən ayrıldığını rəsmən elan edib. Onun xələfinin adına daha sonra aydınlıq gətiriləcək, o vaxta qədər isə Otmarın vəzifəsini digər menecerlər yerinə yetirəcək.

F-1.az xəbər verir ki, komandanın rəsmi açıqlamasında bildirilir: “Otmar Safnauer şirkətimizi tərk edir, lakin onu kimin əvəzləyəcəyini məlum olana qədər Aston Martin Cognizant komandasında digər rəhbər şəxslərlə birlikdə işləməyə davam edəcək. Biz ona komandadakı 12 illik xidmətinə görə təşəkkür edirik və gələcək karyerasında ən yaxşını arzulayırıq. Yeni təkliflər alacağına şübhə etmirik.

Xoşbəxtlikdən komandaya güclü mütəxəssislər qrupu rəhbərlik edir, yeni strukturu müəyyən etməzdən əvvəl müxtəlif variantlar üzərində düşünməyə vaxtımız var. Biz bütün diqqətimizi gələcək mövsüm üçün rəqabətədavamlı maşın hazırlamağa yönəltmişik”.

Qeyd edək ki, Safnauerin adı bir müddətdir ki, Alpine komandası ilə hallanırdı…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*