Renault Eytkenlə yollarını ayırıb

Uzun illərdir Renault ilə işləyən Cek Eytken fransalılarla yollarını ayırıb.

F-1.az xatırladır ki, gənc sürücü 2015-ci ildən bəri Renault-nun sürücü akameyasında idi. Britaniyalı pilot daha əvvəl GP3 və Formula2 seriyalarında çıxış edib. Bundan başqa son iki ildə Renault komandasının həm test, həm developer sürücüsü olub.

Eytken ayrıldığını sosyal şəbəkə üzərindən bildirib: “Mənə kömək etdikləri üçün Renault-ya və akademiyalarına təşəkkür edirəm. Renault komandasına uğurlar arzu edirəm. Növbəti mövsümdə nə edəcəyimi bilmirəm, ancaq haqqımdakı ən son yenilikləri məni izləyərək öyrənə bilərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*