Alonso sözlərinə aydınlıq gətirib

Alpine komandasının sürücüsü Fernando Alonso sözlərinə açıqlıq gətirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Həmiltonla Ferstappenin titullarını müqayisə etmiş və niderlandlının titullarının daha dəyərli olduğunu demişdi.

Lakin ikiqat Dünya Çempionunun bu sözləri Həmiltonun fanatları tərəfindən birmənalı qarşılanmayıb. Alonso da tənbəllik etməyib və Twitter üzərindən sözlərinə açıqlıq gətirib.: “Və yenə də…

Bütün titullar gözəl və ilhamvericidir. Həmişə layiq olan qazanır. Çempionları bir-birləri ilə müqayisə etmək olmaz. Buna görə də dövrümüzün çempionlarının və əfsanələrinin yarışlarından həzz alaq. İnsanların davamlı manşet axtarmasından bezmişəm. Bu sürücülərin yarışlarından həzz alaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*