E.Blandin: Alonso indidən inkişafa kömək edir

Aston Martin komandasının texniki direktor köməkçisi Erik Blandin bildirib ki, Alonso indidən zəif yönləri müəyyən edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Aston Martin komandasında debüt edəcək.

Erik Blandin: “Fernandonun geribildirimləri çox həssasdır. Boliddən nə istədiyini qəti dildə dedi və AMR23-ün dizaynında istifadə edəcəyimiz şeyləri müəyyən etdi.

Fernando keçən il bizimkindən daha fərqli və güclü maşın sürmüşdü. AMR22-ni sürəndən sonra iki maşını müqayisə etdi və hansı sahələrə fokuslanacağımızı tapdı”.

, ,