F.Alonso: Gələn il ciddi bir çempionatda çıxış etmək istəyirəm

F-1.az bildirir ki, Real Madridin universitetində təşkil olunan ənənəvi "Ağ Həftə"-də danışan ispan sürücü uğur qazanmağın sirrlərindən və gələcək planlarından bəhs edib.

Fernando Alonso: “İdmanda gənc yaşdan nizam-intizam qaydalarını, komanda ilə işləməyi və sədaqətli olmağı öyrənmək vacibdir. Bu keyfiyyətlərə sahib olmadan peşəkar idmançı olmaq mümkün deyil. İstedadlı insanlar çoxdur, lakin az hissəsi həyatlarını karyeralarına həsr etmək üçün gəlirlər. Bunun üçün çox şey qurban verilməlidir.

Yeni macəra axtarırdım və Dakarda yarışdım. Sanki bir sikkə atdım və seçdiyim tərəf düşdü – yəni yaxşı təcrübə oldu. Gələcəkdə ora mütləq qayıdacam, lakin növbəti 3 ili ən yüksək səviyyəli seriyalarda – Formula1, İndyCar və ya WEC-də keçirmək istəyirəm. Əla fiziki və zehni vəziyyətdəyəm, ən yüksək səviyyədə yarışmaq istəyirəm və uğur əldə edəcəyimə 100% əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*