F.Alonsonun ayağına sarğı bağlayıblar

Fernando Alonso Avstraliya QP-də keçirdiyi qəzadan sonra sağ dizini zədələyib və onun dizini sarğıya alıblar...

F-1.az xatırladır ki, Fernando Alonso 300 km/saat sürətlə Esteban Qutyerresə çırpılıb və havada 3 dəfə salto vurduqdan sonra divara dəyərək dayanıb. Fernando Alonso bildirib ki, onun qabırğalarında ağrı var və gecə yata bilməyib.

Fernando Alonso yarışdan sonra bildirmişdi ki, sonrakı günlərdə onun ağrıları artacaq: “Qəzadan sonra bir az ağrıdım, çünki o sürətlə getsəniz bədəninizin hər yeri hərəkət edər.

Dizlərim bir az ağrıdı, çünki sükan milinə və kokpitə çırpılırdım. Sabah bir az buza ehtiyacım olacaq, amma sonra hər şey yaxşı olacaq”.

İspaniyalı sürücü qəza keçirən zaman sağ dizini zədələyib və onun dizini sarğıya alıblar.

Bundan başqa Alonso bildirib ki, halo sistemini dəyərləndirmək lazımdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*