Vatanabe: Biz Alonso ilə əməkdaşlığı davam etdirmək istəyirik

Honda nümayəndələri Fernando Alonsonun Aston Martin-lə birgə layihələrindəki rolunun vacibliyini vurğulayır və onun komandada qalmasını istəyirlər…

Honda Racing Corporation-un prezidenti Koyci Vatanabe: “Alonso fantastik sürücüdür və onunla işləmək imkanı bizim üçün son dərəcə vacibdir. Onun maşınla bağlı rəyləri çox dəqiqdir və həqiqətən də irəliləməyimizə kömək edir.

Biz Alonso ilə işi davam etdirmək istəyirik. Belə qeyri-adi ehtirasa sahib sürücü ilə birlikdə mürəkkəb tapşırıqları həll etmək imkanı Honda üçün çox, çox vacibdir. Hazırda istədiyimiz mövqelərdə olmasaq da, məqsədimiz Alonso ilə birlikdə Formula1-in aparıcı komandalarından birinə çevrilməkdir”.

, ,