F.Alonso MCL33-də potensial görür

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, MCL33 potensiallı boliddir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü testlərin ilk saatlarında təkər problemi yaşayıb. Daha sonra isə şikananı kəsdiyi üçün sürətli zaman nəticəsi silinib və 7-ci olub.

Fernando Alonso: “Hər şey yaxşı idi. Təbii ki, ilk günlərdəyik, amma bolidi sürmək rahatdır və mühərrik əla işləyir. Renault-da keçmiş vaxtlardan tanıdığım adamlar var və boksdakı uşaqların 80 faizini tanıyıram. Çox işləyirlər. Mühərriyin performansına nəzarət edirlər. Hər şey əla idi. Bəzi şeyləri dəyişdirməyə çalışırıq. Lakin mühərriyə görə xoşbəxtəm. McLaren komandasında böyük potensial var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*