F.Alonso: “Peşman deyiləm”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, indiyə kimi verdiyi qərarlara görə peşman deyil.

F-1.az Niko Rosberqin Alonsonu səhv seçimlərinə görə tənqid etdiyini xəbər vermişdi.

Amma ispaniyalı sürücü bu iradlarla razı deyil: “Karyeram ərzində heç bir qərarımdan peşman olmadım. Həmişə dövrün şərtlərinə görə ən məntiqli qərarları aldım, amma əlimdə kristal kürə yoxdur və əvvəldən heç nəyi görmək mümkün olmur. Başıma gələnlərin eynisini Mixael Şumaxer Mercedes-lə qayıdanda yaşadı. Bundan başqa Lyuis də Mercedes-dəki ilk mövsümündə uğurlu olmamışdı. Renault, Ferrari və McLaren kimi böyük komandalarda yarışmışam və karyeramla qürur duyuram. Heç vaxt səhv qərarlar verdiyimi düşünmədim və düşünməyəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*