20 Oktyabr 2019, Bazar - 13:21

Q.Anderson: “Mənim favoritlərim Alonso və Red Bull-dur”

Q.Anderson: “Mənim favoritlərim Alonso və Red Bull-dur”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:10 - 10 Mart, 2013

Formula1 maşınlarının keçmiş konstruktoru, hazırda BBC telekanalında texniki ekspert kimi çalışan Qəri Anderson qarşıdakı mövsümdə Fernando Alonsonu favorit hesab edir: […]

Formula1 maşınlarının keçmiş konstruktoru, hazırda BBC telekanalında texniki ekspert kimi çalışan Qəri Anderson qarşıdakı mövsümdə Fernando Alonsonu favorit hesab edir: onun fikrincə, hər bir Qran Pridə mütəmadi xal qazanacaq…

Qəri Anderson: “Əgər mən totalizatorda oynasaydım, onda sürücülər arasında Fernando Alonsonun qələbəsini qeyd edərdim – sadəcə, ona görə ki, keçən il Fernando əsil iradə və qətiyyət nümayiş etdirmişdi. 2013-cü ildə də eyni vəziyyət təkrar olunacaq

Keçən il Alonso maşının imkanlarından xaric nəticələr göstərmişdi, maşının maksimum verə biləcəyi nəticədən çox xal qazanmışdı. Düşünürəm ki, Alonso irəliyə doğru daha bir addım atacaq, çünki çox iradəli sürücüdür.

Mənim şəxsi reytinqimdə Sebastyan Fettel və Alonso bir səviyyədə dayanırlar. İlbəil onlar daha peşəkar olurlar. Bilmirəm, bunu psixoloji durumla yoxsa əla fiziki forma ilə izah etmək olar, amma bu vacib deyil. Bu sürücülərdə uğur qazanma imkan verən nəsə var.

Düzdür, Alonso Fettelə iki dəfə son yarışda uduzub, amma hər dəfə ona bir neçə xal çatmır. Builki testlər göstərdi ki, yeni Ferrari maşını keçənilkindən qat-qat yaxşıdır, trasda daha yaxşı görünür. Görülməli iş çoxdur, amma Alonsonun qətiyyətini nəzərə almaqla deyə bilərəm ki, bu il ispaniyalı sürücü hər bir yarışda xal qazanacaq.

Amma Mühəndislər Kubokunda mənim favoritim Red Bull-dur, çünki bu komandada hər bir yarışda stabil nəticələr göstərə bilən iki sürücü çıxış edir. RB9 çox sürətli maşındır.

Amma noyabrda titulu Mercedes AMG sürücülərindən hər hansı biri qazansa, mən təəccüblənmərəm. Komandanın Mühəndislər Kubokunda qələbəsi də gözlənilməz olmayacaq. Əgər Brəklidə yaxşı maşın hazırlayıblarsa, onda Niko və Lyuis hər şey edə bilərlər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər , , , , , , ,
Paylaş

logo