L.Həmilton: Rosberqin istefasını gözləyirdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Niko Rosberqin istefasını gözləyirmiş.

F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə Dünya Çempionu olduqdan 6 gün sonra istefa verdiyini açıqlamış və Formula1 karyerasını bitirmişdi. Bəzi iddialara görə almaniyalı sürücü komandada xoşbəxt deyildi. Lakin Lyuis bunu təkzib edib: “Heç də belə deyil. Bu, sadəcə bir gümandır və belə söz-söhbətləri sevmirəm. Heç birimiz belə iddiaları ortaya atmamalıyıq. Düzünü desəm, mən onun gedəcəyini əvvəldən öyrənmişdim. Nikoyla 13 yaşımdan bəri yarışırdım. Çoxlu qələbələr qazandıq. Buna görə də ona qarşı pis fikrim olmayıb. O, öz qərarını verməli idi. Düzünü desəm, gözlədiyim qərar idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*