L.Həmilton: Ən yaxşı sıralanma turum deyildi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Red Bull-u qabaqlamaq üçün templəri olmayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Ştiriya Qran Prisində sıralanma turunda 3-cü olsa da, Bottasın cəriməsinə görə yarışa 2-ci yerdən başlayacaq.

Lyuis Həmilton: “Maksı təbrik edirəm. Bütün həftəsonu boyu çox sürətli idi. Buna görə də əlimizdən gələni etdik və ən yaxşı sıralanma turum deyildi. Bottas cərimələndiyi üçün ön cərgədən başlayacam və qazanmaq üçün yarışacam.

Red Bull bizdən 0.25 saniyə sürətli idi. Dünən yarış tempində bizdən sürətli görünürdülər. Buna görə də sabahkı yarış maraqlı olacaq. Onları keçmək üçün tempimiz zəifdir. Bəlkə də sabah sürpriz olar və yağış yağar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*