F.Alonso: “11-ci yerə görə sevinmək yaxşı hal deyil”

Fernando Alonso bildirib ki, 11-ci yer Meksikada ala biləcəkləri ən yaxşı nəticə olsa da, buna görə sevinməyin yaxşı hal olmadığını qeyd edib...

F-1.az bildirir ki, Alonso sonuncu sessiyaya qala bilmədiyi üçün istədiyi təkərlə yarışa başlaya biləcək.

Alonso ikinci sessiyanın sonunda 11-ci olduğunu öyrənəndə radio vasitəsilə – “mükəmməl” deyərək sevinmişdi.

Fernando Alonso: “11-ci yerə görə sevinmək yaxşı hal deyil, amma vəziyyət belədir. Ən yaxşı start mövqeyi oradır və trasın təmiz hissəsidir.

Bir neçə yarış əvvəl 7-ci və 8-ci yerlər uğrunda mübarizə aparırdıq, amma indi 9, 10 və 11-ci yerlər uğrunda mübarizə aparırıq. Sıralanmada 11-ci yeri tutaraq, istədiyiniz təkəri seçə bilərsiniz. Bu yeri qazanmaq üçün bəxt lazımdır”.

Alonso yarışa böyük ehtimalla Soft təkərlərlə başlayacaq. Amma ispaniyalı qeyd edib ki, trasda asfaltla ilişmə artdıqca fərqli strategiyalar seçə bilər: “Məncə, Soft təkərlə başlayaram. SuperSoft təkərlər tez yeyilir. Buna görə onlarla start almaq riskli olar. Amma trasın vəziyyəti yaxşılaşır və təkərlər barədə xoş təəssüratlarımız var. Buna görə də, nə baş verəcəyini görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*