N.Rosberq: “Alonso həmişə səhv seçimlər etdi”

Formula1 üzrə sonuncu Dünya Çempionu Niko Rosberq bildirib ki, Fernando Alonso karyerasıboyu səhv seçimlər edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son 3 ildə podiuma yüksələ bilməyib və ən yaxşı nəticəsi 5-ci yer olub.

Niko Rosberq: “Məncə, Alonsoda bəxtsizlik deyil, pis seçimdir. Doğru komandaları seçməsəniz, problem çıxar. Amma bunlar hər yüksək səviyyəli sürücüdə baş verə bilər. Dünyanın ən yaxşı sürücüsü olsanız da, pis bolid ilə yarış qazana bilməzsiniz. Sebastyan və Lyuis səviyyəsində başqa sürücülər də var və burada başda Alonso var. Amma son illərdə səhv seçimlər etdi və bu, bəxtsizlik deyil.

Alonso böyük ehtimalla McLaren-də qalacaq, çünki başqa seçimi yoxdur. İndyCar-a inanmıram getsin. Ora F1 deyil. F1 zirvədir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*