09 Dekabr 2019, Bazar ertəsi - 00:59

M.Şumaxer favoritlərini açıqlayıb

M.Şumaxer favoritlərini açıqlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:42 - 23 İyul, 2013

Keçən il Formula1 karyerasını birdəfəlik başa vurmuş Mixael Şumaxer çempionatın traslarında bu il baş verən hadisələri diqqətlə izləyir. Dünən Sky […]

Keçən il Formula1 karyerasını birdəfəlik başa vurmuş Mixael Şumaxer çempionatın traslarında bu il baş verən hadisələri diqqətlə izləyir. Dünən Sky İtalia telekanalına müsahibəsində yeddiqat dünya çempionu – son onilliyin ən yaxşı sürücüsü kimi hesab edir? – sualına cavabdan boyun qaçırsa da, çempionatın favorit dörd sürücüsünün adını qeyd edib. Maraqlıdır ki, son 3 ildə ona komanda yoldaşlığı etmiş Niko Rosberq bu siyahıya düşməyib…

Mixael Şumaxer: “Hazırda ən güclü dördlük Fettel, Alonso, Rəykkönen və Həmiltondur. Onlar hamısı adi insanlardır, ona görə də hər birinin zəif tərəfləri var, amma onlar bu zəiflikləri ört-basdır etmək üçün gərgin işləyirlər.”

Şumaxerin fikrincə, vacibdir ki, bu dördlük daim öz nəticələrini yaxşılaşdırmağa çalışırlar və praktiki olaraq səhvə yol vermirlər. Təkərlər barədə Şumaxer tənqidi fikirlərini davam etdirib: “Məncə, ən böyük problem ondadır ki, təkərlər komandaların çoxuna uyğun gəlməlidir, amma son iki ildə təkərlər bəzi maşınlarda normal işləyirlər. Hələ keçən il Bəhreyndə mən təkərlərdə problemin olmasını söyləmişdim, amma indi hamı bunu gördü…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 355
Teqlər , , , , , , ,
Paylaş

logo