L.Həmilton yağış istəmir

Mercedes komandasının sürücüsü Lyuis həmilton bildirib ki, yarışda yağış istəmir.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Belçikadakı yağışlı sıralanma turunda 3-cü olub.

Lyuis Həmilton: “Məncə, hamı üçün çətin gün oldu. Sakit olmağa və diqqətimizi dağıtmamağa çalışdıq. Anca qMaksı təbrik edirəm. O, sessiyanın sonunda əla işlədi. Mənim ilk cəhdim çox yaxşı idi. İkinci cəhdimdə çətinlik çəkdim. Bundan başqa, Corc da əla işlədi. Fantastika idi.

Hava şəraiti sabah da belə olsa, çətin yarış keçəcək. Düzlük sürəti ilə ikinci sektor arasında ciddi fərq var. Balansı tapmağa çalışsaq da, bacarmadıq. Görək sabah nə olur. Bundan başqa sessiya ərzində sakit qərarlar verən komandama təşəkkür edirəm. Sabah yeni bir gündür və ümid edirəm ki, hava yaxşı olar. Azarkeşlər üçün də bunu istəyirəm, çünki bu gün çox islandılar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*