F.Alonso Həmiltona dəstək olub

Alpine komandasının sürücüsü Fernando Alonso əzəli rəqibi Lyuis Həmiltona dəstək olub.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu mövsümə pis başlayıb və ilk 4 yarışda 1 podium görüb. Qaradərili pilot sonuncu İmola yarışında xalsız qalıb və çempionatda 7-ci yerə yuvarlanıb.

Həmiltonun gənc komanda yoldaşı Corc Rassell isə çempionatda 49 xalla 4-cü yerdədir.

Fernando Alonso: “Bu Formula1-dir. Burada həmişə işlər qaydasında olmur. Senna titulları ən sürətli maşınla qazanmışdı. Çempion olduğum dövrlərdə mən də sürətli maşına sahib idim. Eyni Mixael Şumaxer də.

Lyuis bütün rekordları qırıb və onun saysız poulları var, çünki o da ən sürətli maşına sahib idi. Lyuis indi də yaxşı sürür, amma yekunda 13-cü olur. Bu, Formula1-dir. Burada işlər həmişə belə gedir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*