Portuqaliya-2020: Yarış

Formula1 bu ilin sonradan hazırlanan sürpriz təqvimi ilə 24 illik fasilədən sonra Portuqaliyaya qayıdıb. Herman Tilke tərəfindən hazırlanmayan nadir traslardan biri olan Alqarve yüksəklik fərqləri və kor döngələri ilə yadda qalıb.

F-1.az xatırladır ki, cümə və şənbə günlərində burada baş tutmuş hər üç sərbəst yürüş sessiyasının qalibi Valtteri Bottas olub.

Pirelli buraya C1, C2 və C3 tərkiblərini gətirib. Asfaltla ilişmə az olduğundan, hətta həftəsonunun ən yumşaq tərkibi olan C3-ləri belə burada isitmək çox çətin olub. İlk onluqdan Həmilton, Bottas və Lekler orta, qalanları yumşaq, digər sürücülərdən isə Rəykkönen yumşaq, Maqnussen sərt, qalanları isə orta təkərlərlə start alıblar.

Yarışa ilk cərgədən Həmilton və Bottas, ikinci cərgədən Ferstappen və Lekler, üçüncü cərgədən isə Peres və Elbon başlayıblar.

Startda Həmilton əvvəlcə yerini qoruyub, Ferstappen isə Bottası keçib. Lakin Valtteri mövqeyini geri qaytarıb, daha sonra isə Həmiltonu da geridə qoyaraq liderliyə yüksəlib. Peres yerində fırlanıb. Yağış başlayıb və dərhal dayanıb. Sayns yumşaq təkərlərin hesabına hətta Mercedes sürücülərini də üstələyərək liderliyi ələ alıb. Rəykkönen də 10 pillə irəliləyərək 6-cı yerə qalxıb. 2-ci dövrədən sonra ilk onluq: Sayns – Bottas – Həmilton – Norris – Ferstappen – Rəykkönen – Rikkardo – Lekler – Qasli – Stroll.

5-ci dövrədə Ferstappen Norrisi, bir dövrə sonra da Bottas birinci gedən Saynsı ötüb. İspan sürücü bir qədər sonra Həmiltondan da geri qalıb. 8-ci dövrədə Ferstappen də onu keçib, Lekler isə Rəykköneni məğlub edərək altıncı olub. Lekler Norrisi də üstələyib, marşallar Strolla dəfələrlə trasdan çıxdığı üçün ağ-qara bayraq göstəriblər.

11-ci dövrədə Qasli Rikkardonu,Stroll isə Rəykköneni geridə qoyub. Kimi pit-stopa yollanıb. Qasli Norrisi keçib, 15-ci dövrədə Rikkardo təkərlərini dəyişib. Stroll və Norris 18-ci dövrədə toqquşublar, hər iki sürücü maşın zələndiyi üçün pit-stop etməli olublar. Stüardlar Strolla 5 saniyə cəzası veriblər.

Fərqi bağlayan Həmilton 20-ci dövrədə komanda yoldaşına hücum edib və onu ötərək yarışın yeni lideri olub. Qasli Saynsı keçib, Elbon pit-stopa yollanıb. 20-ci dövrədən sonra ilk onluq: Həmilton – Bottas – Ferstappen – Lekler – Qasli – Sayns – Okon – Fettell – Rassell – Covinatsi.

Peres növbəti 3 dövrədə Kvyat və Covinatsini keçərək 10-cu yerə qalxıb. Ferstappen 24-cü dövrədə təkərlərini dəyişdirib. Onu 25-ci dövrədə Latifi, 26-cı dövrədə Kvyat, 27-ci dövrədə Sayns və Qrojan, 28-ci dövrədə Fettel, 29-cu dövrədə isə Qasli və Covinatsi izləyiblər.

Qrojana dəfələrlə yoldan çıxdığı üçün 31-ci dövrədə ağ-qara bayraq göstərilib. Sayns 34-cü dövrədə Rəykköneni geridə qoyub. Peres 35-ci dövrədə Okonu keçərək 5-ci olub. Lekler həmin dövrədə, 5 saniyəlik cəzası olan Stroll isə növbəti dövrədə pit yoluna üz tutub. 38-ci dövrədə Rassell, 40-cı dövrədə Həmilton, 42-ci dövrədə isə Bottas yeni təkərlərə keçiblər.

Norrisin təkərində kiçik deşilmə olub və 45-ci dövrədə pit yoluna üz tutub. Qasli Rikkardonu ötüb. Növbəti 3 dövrədə isə Peres, Rikkardo və Elbon təkərlərini dəyişdiriblər – Red Bull mexanikləri pit-stopu 1.8 saniyə kimi rekord göstərici ilə yerinə yetiriblər.

Strol 53-cü dövrədə boksa gəlib və yarışı yarımçıq saxlayıb. Kvyat da yoldan çox çıxdığı üçün 5 saniyəlik cəza alıb. Bu cəzasını 57-ci dövrədə pit-stop zamanı ödəyib. Sayns 65-ci və 66-cı dövrələrdə müvafiq olaraq, Qasli və Saynsdan geri qalıb.

Beləliklə, Lyuis Həmilton mövsümdə 8-ci, karyerasında isə 92-ci qələbəsini qazanaraq Mixael Şumaxeri geridə qoyub və vahid liderliyə yüksəlib. Valtteri Bottas finiş xəttini ikinci keçib. Maks Ferstappen podyumu tamamlayıb. Yarışı bu üçlüklə eyni dövrədə başa vuran yeganə sürücü olan Şarl Lekler isə dördüncü olub.

Mübarizə gələn həftə İmolada davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:29:56.828 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:25.592 1
3 33 Maks Ferstappen Red Bull + 0:34.508 1
4 16 Şarl Lekler Ferrari + 1:05.312 1
5 10 Pyer Qasli AlphaTauri +1 dövrə 1
6 55 Karlos Sayns McLaren +1 dövrə 1
7 11 Serxio Peres Racing Point +1 dövrə 2
8 31 Esteban Okon Renault +1 dövrə 1
9 3 Daniel Rikkardo Renault +1 dövrə 1
10 5 Sebastyan Fettel Ferrari +1 dövrə 1
11 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
12 23 Aleksander Elbon Red Bull +1 dövrə 2
13 4 Lando Norris McLaren +1 dövrə 2
14 63 Corc Rassell Williams +1 dövrə 1
15 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
16 20 Kevin Maqnussen Haas +1 dövrə 1
17 8 Roman Qrojan* Haas +1 dövrə 1
18 6 Nikolas Latifi Williams +2 dövrə 1
19 26 Daniil Kvyat AlphaTauri +2 dövrə 2

 

* – Qrojanın nəticəsinin üzərinə 5 saniyə əlavə olunub.

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:18.750 (63-cü dövrə, 212.708 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Ləns Stroll Racing Point 53 maşının altlığı

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 256
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 179
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 162
4 3 Daniel Rikkardo Renault DP World F1 Team 80
5 16 Şarl Lekler Scuderia Ferrari 75
6 11 Serxio Peres BWT Racing Point F1 Team 74
7 4 Lando Norris McLaren F1 Team 65
8 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 64
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 63
10 55 Karlos Sayns McLaren F1 Team 59
11 18 Ləns Stroll BWT Racing Point F1 Team 57
12 31 Esteban Okon Renault DP World F1 Team 40
13 5 Sebastyan Fettel Scuderia Ferrari 18
14 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 14
15 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 10
16 99 Antonio Covinatsi Alfa Romeo Racing 3
17 7 Kimi Rəykkönen Alfa Romeo Racing 2
18 8 Roman Qrojan Haas F1 Team 2
19 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 435
2 Aston Martin Red Bull Racing Honda 226
3 BWT Racing Point F1 Team Mercedes 126
4 McLaren F1 Team Renault 124
5 Renault DP World F1 Team Renault 120
6 Scuderia Ferrari Ferrari 93
7 Scuderia AlphaTauri Honda Honda 77
8 Alfa Romeo Racing Ferrari 5
9 Haas F1 Team Ferrari 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*