M.Ferstappen: Bu performansı bütün mövsüm göstərməliyik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, performansından razıdır və bunu bütün mövsümə əks etdirmək istəyir.

F-1.az xatırladır ki, niderlandlı sürücü pouldan başladığı yarışda liderliyi əldən verməyib və böyük dəbiıqə qazanıb. O, indi ikinci yerdəki Peresdən 53 xal qabaqdadır.

Maks Ferstappen: “Belə maşında yarışmaqdan həzz alıram. Məncə, bu gün yenə də güclü maşınımızın olduğunu göstərdik. Yarış ərzində çoxlu fərqli stratefiya olsa da, məncə, biz düzgün strategiya seçdik. Nəticədə burada qalib gəlmək inanılmazdır.

Startda məndə daha sərt təkərlər var idi və bilirdim ki, start çətin olacaq. Bundan başqa döngəni xaricdən dönmək həmişə çətin olub. Nəysəki startda Saynsla təmas yaşamadıq.

Növbəti dəfə güclü həftəsonu keçirdik. Komandadan və özümdən gözləntim budur. Ümid edirəm ki, bu performansı bütün mövsümə əks etdirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*