D.Rikkardo narahat deyil

Daniel Rikkardo bildirib ki, Daniil Kvyatın Toro Rosso-ya göndərilməsi onun komandadakı gələcəyini narahat etmir.

F-1.az xatırladır ki, Kvyat Rusiyada Fettelə arxadan iki dəfə çırpılaraq, almaniyalının yarışı vaxtından əvvəl bitirməsinə səbəb olmuşdu. Bu hadisədən sonra Red Bull komandası keçən həftə Kvyatı Toro Rosso-ya göndərmiş və Maks Ferstappeni rusiyalının əvəzinə komandaya gətirmişdi.

Toro Rosso komandasının digər gənc sürücüsü də Red Bull komandasına transfer olunmaq istəyir. Rikkardo bu barədə danışıb: “Bu mövzuda üzərimdə heç bir təzyiq hiss etmirəm.

Komandaya gələn sürücüyə hörmətim var. Həmişə belə şeylər olacaq və bəzi sürücülər gəlib-gedəcəklər.

Mən həmişə öz işimə baxıram.

Əgər karyeramın sonunda olsaydım, bir-iki il də komandada qalmaq və getmək istəməzdim. Amma mən həmişə axtarışda olacam və gələcəyə fokuslanacam”.

Rikkardo Ferstappen barədə də danışıb: “Son bir neçə ildir ki, komandada özümü yaxşı tərəfdən göstərirəm və yaxşı işlər görürəm. Əgər onlar mənim Maksla yaxşı cüt olacağımıza inanırlarsa, deməli, bu doğrudur.

Onlar ümid edirlər ki, Maks mənə kömək edəcək və biz bir-birimizə dəstək verəcəyik və biz güclü cüt ola bilərik. Məncə, bu, tamamilə gələcəyi düşünərək atılmış addımdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*