C.Rassell: Ferstappen özünə baxmalıdır

Şənbə günü sprint yarışında ikili arasında baş vermiş insidentın səbəb olduğu söz-söhbətlər səngimir.

F-1.az xatırladır ki, Maks sprint yarışının ilk dövrələrdinə özünə aqressiv hücum edən və maşınını zədələn Corcun ünvanına xoş olmayan demişdi. Britaniyalı sürücünün fikrincə, niderlandlı həmkarı belə edərək özünə yaknız zərər verir.

Corc Rassell: “Bu barədə başqa nə deyəcəyimi bilmirəm. Startlarda çox rast gəlinən sadə bir yarış hadisəsi idi. Bu məni xüsusilə təsirləndirmir, lakin Maks bu cür şərhlərlə öz reputasiyasını aşağı salır.

Ferstappen özünə baxmalı idi. Xeyr, üzr istəməyə ehtiyacım yoxdur. Amma o, dünya çempionatının lideri, ikiqat dünya çempionudur. Maks əla oğlandır, əla yarışçıdır, amma camaat qarşısında belə sözlər söyləməməlisən”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*