M.Ferstappen üçüncü motora keçib

Red Bull komandası Macarıstan yarışından əvvəl Maks Ferstappenin güc qurğusunu dəyişib.

F-1.az xatırladır ki, niderlandlı sürücü Britaniya yarışının startında Həmiltonla təmas yaşamış və divara çırpılmışdı. Nəticədə bolidin arxa tərəfi ciddi formada zədələnmişdi. Buna görə də Honda şirkəti boliddəli mühərriyi götürüb Sakuradakı bazaya aparmış və dəzgahda test etmişdilər. Lakin güc qurğusunda heç bir problemə rast gəlməmişdilər.

Dünənki sıralanma turunda Maks Ferstappenİn tempi Mercedes sürücülərindən çox zəif idi və yekunda üçüncü yerlə razılaşma oldu. Sıralanma turundan sonra isə Honda güc qurğusunda yarış üçün potensial problemlər tapıb və 23 yaşlı pilotu yeni güc qurğusuna keçiriblər.

Honda bu barədə belə açıqlama verib: “Sıralanma turundan sonra Maksın güc qurğusunda həftəsonu ərzində böyüyə biləcək problem aşkarladıq. Bu, böyük ehtimalla Silverstoundakı qəzaya görə olub. Buna görə də Maksı eyni versiyalı yeni güc qurğusuna keçiririk. Reqlamentə görə Maks cəza almadan yarışa üçüncü yerdən başlaya biləcək”.

Qeyd edək ki, niderlandlı pilot bu il üçüncü – sonuncu – güc qurğusuna keçib. Əgər Ferstappen növbəti dəfə mühərrik dəyişsə, yarışın startında yer itirməli olacaq. Mövsümün sonuna 12 yarış qaldığı üçün bu hal böyük ehtimalla yaşanacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*