M.Ferstappen: Həmilton qaydalara uymadı

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmilton qaydalara uymayıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü Avstraliya yarışına pouldan başlasa da, startda iki Mercedes-in gerisinə düşüb. Xüsusən də Həmilton onu keçəndə trasdan sıxıb çıxarıb. Bu hadisə steardlar tərəfindən araşdırılmayıb.

Maks Ferstappen: “Təmasdan qaçmağa çalışdım. Qaydalar məlumdur və Həmiltin bunlara əməl etmədi. Yenə də problem yoxdur. Sürətli idik və onları keçə bildik. Ancaq bu hala növbəti yarışlarda ciddi yanaşılmalıdır.

Çox pis start aldıq, çünki ilk dövrədə diqqətli olmalı idim. İtiriləcək çox şeyim var idi və onlar çox şey qazanacaqdılar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*