H.Marko: Əsas hədəfimiz qələbə dubludur

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Meksikada əsas hədəfləri qələbə dublu etməkdir.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Rodriqes Qardaşları trasında həmişə güclü olublar.

Helmut Marko: “Çempionatdakı liderliyimizi qorumaq üçün yaxşı fürsətimiz var. Mercedes-ə nisbətən kiçik turbodan istifadə edirik. Dəniz səviyyəsinin yüksək olması bizə üstünlük qazandıra bilər. Komanda olaraq Meksikadakı hədəfimiz qələbə dubludur.

Amerikada gücümüzü göstərə bildik, çünki Rusiya və Türkiyədə sazlanma tapmamışdıq. Təkərləri yaxşı qorumalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*