M.Ferstappen: Vahid dövrədə zəifik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, vahid dövrədə zəifdirlər.

F-1.az xatırladır ki, niderlandlı sürücü Əbu Dabidəki cümə sərbəst yürüşlərində 4-cü olub.

Maks Ferstappen: “Hələ də öyrənirik və bəzi şeyləri anlamağa çalışırıq. Vahid dövrə məşqlərimiz plana görə getmədi və çatışmayan yönlərimiz var. Lakin yarış tempində daha güclüyük.

Trasdakı yeniliklər işi daha əyləncəli edir. Döngələr daha sürətli və daha əyləncəlidir. Xüsusən də son sektorda vəziyyət daha da yaxşılaşıb. Bu dəyişikliklər yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*