E.Qutyerres: “Haas-da təcrübə qazandım”

Haas ilə son yarışına çıxmağa hazırlaşan Esteban Qutyerres bildirib ki, Əbu Dabi yarışını həyəcanla gözləyir.

F-1.az xatırladır ki, meksikalı sürücü Haas komandasına mövsümün əvvəlində transfer olunmuş və araxda qalan 20 yarışdan xal qazana bilməyib.

Esteban Qutyerres: “Haas ilə önəmli təcrübələr qazandım. Təbii ki, çətin vaxtlarım da oldu. Xüsusən də mexaniki cəhətdən çox problem yaşadıq. Amma geriyə baxanda özümü yaxşı hiss edirəm. Mühəndislərlə gecə-gündüz işləməkdən ötrü darıxacam. Davamlı eyni adamlarla işləyərək, ailə ortamı əmələ gətirmək maraqlı idi. Bu komandanın bir hissəsi olduğum üçün özümlə fəxr edəcəm. Yarış maraqlı olacaq. Günəş altında başlayıb, projektorların işığında finişə çatacayıq. Amma yarışın başladığı saat bizim üçün əlverişlidir və yarışın əvvəlində təkərlərə nəzarət etmək sizin üçün çətin olmur. Ümid edirəm ki, yaxşı strategiya seçib xal qazana bilərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*