M.Salo: Mazepin inkişaf edib

Sabiq Formula1 sürücüsü Mika Salo düşünür ki, Nikita Mazepin artıq Mik Şumaxerin tempinə çatıb.

F-1.az xatırladır ki, rusiyalı sürücü mövsümün əvvəlində Mikə aşkar formada uduzurdu. Ancaq son yarışlarda tempini artırıb və artıq daha az səhv edir.

Mika Salo mövsümün əvvəlində demişdi ki, Mazepinin yeri Formula1 deyil, amma artıq fikrini dəyişib: “Əslində elə deməmişdim. İlk yarışdan sonra belə danışmışdım. O vaxt bolidin bu qədər pis olduğunu bilmirdik. Lakin bolid çox bərbaddır. Nikita o vaxtdan etibarən çox şey öyrənib. İndi daha yaxşı sürür. Hər şey ilk yarışdakından daha yaxşıdır. Hazırda Miklə nikitanın arası pisdir və bu, normal hal deyil. Ancaq bolidiniz zəif olanda tək rəqibiniz komanda yoldaşınızdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*