K.Maqnussen: Yəqin ki, Barselonada ötmələr daha asan olacaq

Danimarkalı sürücü komandası ilə birlikdə İspaniya Qran Prisinə hazırlaşır və orada ötmələrin daha asan olacağını düşünür.

F-1.az xəbər verir ki, Kevin Barselona trasının son şikanasız yeni vəziyyətində yarışmaq üçün həyəcanlanır.

Kevin Maqnussen: “Düşünürəm ki, bu şikanasız orijinal konfiqurasiyanı sınamaq çox maraqlı olacaq. Baxmayaraq ki, trasın bu son iki döngəsini həmişə bəyənmişəm və oradakı sürətlər çox yüksək olub. Bütün bunların ötmələrə necə təsir etdiyini görəcəyiik, amma bunun bir az asanlaşacağını hiss edirəm. Lakin hər şeyi zaman göstərəcək.

Güman edirəm ki, biz bu trası çox yaxşı bildiyimiz üçün gözlənilməz hallar olmamalıdır. VF-23-ün keçənilki maşından nə ilə fərqləndiyini bilirik və pilotajlıq baxımından o qədər də çox şey dəyişdiyini düşünmürəm. Mən yeni tras konfiqurasiyasını sınayacağımız Barselonaya getməyə hazırlaşıram və ümid edirəm ki, yaxşı nəticə üçün mübarizə aparacağıq”.

Xatırladaq ki, Maqnussen üçün geridə qoyduğumuz Monako Qran Prisi heç də yaxşı nəticələnməyib – o, sona az qalmış yarışdan çəkilməli olub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*