R.Qrojan nikbindir

Barselona testlərinin son günündə 118 dövrə atan Roman Qrojan Haas komandasının inkişafından razı qalıb.

F-1.az xatırladır ki, fransalı sürücü mövsümöncəsi birinci testlərin son günündə 118 dövrə vurub və 1:22.309-luq nəticə göstərib. Qrojan bu nəticə ilə 4-cü olub.

Roman Qrojan: “Bizim üçün əla gün oldu. Yaş trasda dövrələr vurduq və keçid təkərlərindən istifadə etdik. Bundan başqa pit-stop məşqləri etdik və çoxlu sazlanmaları test etdik. Bolidlər get-gedə güclənir. Komanda əla işləyir və pit-stoplarımız sürətlənib. Bacardıqca çox şey öyrənməyə çalışırıq. Təbii ki, bu qış testidir və heç vaxt həftəsonundakı şərtlərə sahib ola bilmərik. Amma sonuncu gün əla işlədik. Ümid edirəm ki, bu həftə əldə etdiyimiz məlumatları yaxşı təhlil edər və gələn həftə daha güclü olarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*