F.Nasr: “Haas 2016-cı il üçün ciddi təhlükədir”

Formula1-də ilk mövsümünü keçirən Haas komandası Ferrari mühərriklərindən istifadə edir və şassisi Dallara tərəfindən hazırlanıb.

F-1.az xəbər verir ki, Sauber-in braziliyalı pilotu Felipe Nasr Haas-ın güclü rəqib olacağını düşünür: “Əllərindəki maddi qaynaqlar və digər texniki imkanlar hesabına sürətlə inkişaf edə bilərlər. Yeni bir komanda üçün mövsümə yaxşı başlamaq çətindir, amma onların güclü olmasına əminəm.

Bizim də edə biləcəyimiz çox şey var. Yeni maşınımız vaxtında hazır olsaydı daha yaxşı olardı, amma çatdıra bilmədik. Bu il radio danışıqlarında limitlər olacağından daha çətin il olacaq. Buna görə də testlərdən maksimum istifadə etməliyik. Sazlanmalar üzərində də işləməliyik. Təkərlərin necə işləyəcəyini öyrənməliyik. Keçənilki maşın bizdə bu barədə təsəvvür yaradıb. Bunu yeni maşın üzərində tətbiq etməliyik”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*