Haas Covinatsi barədə düşünüb

F-1.az xatırladır ki, Növbəti mövsümdə Haasda Mik Şumaxeri təcrübəli Niko Hülkenberq əvəz edəcək. Komandanın rəhbəri Ştayner bildirib ki, Şumaxerin yerinə namizədlərdən biri də Covinatsi olub.

Günter Ştayner: “Antonio namizədlərimiz siyahısında ilk yerlərdə idi. Lakin bildiyiniz kimi, komanda üçün ən yaxşısı hesab etdiyimiz qərar verdik. Təbii ki, bu və ya digər sürücü haqqında hər kəsin öz fikri var. Amma biz komandanı irəli apara biləcək birini seçməklə istədiyimizi etdik. Niko bizim üçün ən yaxşı seçimdir”.

Xatırladaq ki, Antonio Covinatsi 2017-ci ildə Sauber ilə F1-də 2 yarışa çıxaraq debüt edib. Sonra italyan yarışçı 2019-cu ildən 2021-ci ilə qədər Alfa Romeo-da üç tam mövsüm keçirib. Onun ən yaxşı nəticəsi 2019-cu ildə Braziliyadakı beşincilik olub. Bu il isə Antonio Montsa və Ostində Haas ilə iki məşqdlərə iştirak edib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*