P.Fittipaldi nömrə seçib

Saxir Qran Prisində Roman Qrojanı əvəz edəcək Pyetro Fittipaldi 51 nömrəli maşında yarışacaq.

F-1.az xatırladır ki, Qrojan Bəhreyn yarışında qəza edib və bolid yanıb. Nəticədə Qrojanın əlləri yanıb. Buna görə də Saxir Qran Prisində iştirak etməyəcək. Onu komandanın test pilotu Pyetro Fittipaldi əvəz edəcək.

Braziliyalı sürücü daha əvvəl Formula1-də yarışmayıb. Buna görə də özünə nömrə seçməli idi. Beləliklə, Fittipaldi 51 nömrəni seçib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*