S.Fettel: “Barselonadakı kimi deyil”

Bəhreyndəki cümə sərbəst yürüşlərini birinci yerdə bağlayan Sebastyan Fettel bildirib ki, bolidin daha çox potensialı var.

F-1.az xatırladır ki, almaniyalı sürücü Mercedes sürücülərindən təxminən 1 saniyə sürətli olub.

Sebastyan Fettel: “Hələ də Barselonadakı kimi hiss etmirəm. Ancaq Avstraliyadakından yaxşı hiss edirəm. Təbii ki, traslar fərqlidir. Lakin hələ də bolidin potensialı var. Bu gündən tamamilə razı deyiləm. Yerimdə fırlanmaq da buna təsir etdi. Çətin gün idi və tras sürüşürdü. Təkərlərdən ən yaxşı performansı almaq çətin idi. Lakin sabah yerimdə fırlanmaqdansa, bu gün fırlanmağım daha yaxşı oldu. Hələ də təkmilləşə bilərik.

Düzünü desəm, Mercedes-i sıralanma turunda daha güclü olacağına inanıram. Red Bull-dan da ehtiyatlanmalıyıq. Çünki döngələrədə güclü idilər. Sabah yaxın mübarizə olacaq. Bugünkü nəticələrimiz yaxşı idi. Bəhreyndə tras hamardır və bolidin arxa tərəfinə güvənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*