Ferrari dünyanın ən güclü brendi seçilib

Brendlərin kompleks şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın Brand Finance agentliyi tərəfindən hazırlanan Global 500 reytinqində Ferari brendi ilk pilləni tutub.

Agentlik hesabatını bu gün Davosda keçirilən Ümumdünya İqtisadiyyat Forumunda elan edib.

F-1.az həmin hesabata istinadən bildirir ki, 9.1 milyard dollarlıq dəyərləndirilən Ferrari brendi 100 mümkün baldan 94.8 bal yığaraq McDonalds, Coca-Cola, LegoDisney kimi brendləri qabaqlayıb.

Bundan əlavə Ferrari-yə AAA+ reytinqi verilib ki, bu reytinq müxtəlif biznes sahələrdən cəmi 14 brendə verilib və onlardan da daha ikisi avtomobil – PorscheBMW şirkətləridir.

Global 500 reytinqi xüsusi Brand Strength İndex (BSİ) metodikası ilə hazırlanıb. Bu zaman brendin bazar dəyəri ilə yanaşı bir sıra digər faktorlar da nəzərə alınır. 2019-cu ilin yekunlarına görə dünyanın ən bahalı brendləri Samsung (187.9 milyard dollar), AppleGoogle olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*