Komandalar yeni mühərriyə keçiblər

Cümə sərbəst yürüşlərindən əvvəl FİA bəzi komandaların güc qurğularında dəyişiklik etdiyini təsdiqləyib.

F-1.az bildirir ki, Mercedes,Racing Point və Alfa Romeo sürücülərindən başqa Lando Norris, Esteban Okon və Nikolas Latifi yeni daxiliyanma motoru, turbo və MGU-H blokuna keçiblər. Bundan başqa Ferrari və Haas komadasının sürücüləri, Lando Norris, Kimi Rəykkönen və Esteban Okon yeni MGU-K generatoru götürüblər.

Qrojan, Covinatsi və Lekler yeni enerji yığma blokuna, Lekler isə yeni idarəetmə blokuna keçib.

Birinci sərbəst yürüşlərdən sonra Kevin Maqnussen də yeni daxiliyanma mühərriyinə, turboya və MGU-H generatoruna keçib.

Qeyd edək ki, bu il mühərrik inkişafına icazə olmadığı üçün komandalar motor xəritələnməsi üzərində işləyirlər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*