18 Noyabr 2019, Bazar ertəsi - 21:13

Mercedes komandası Həmiltonu dəstəkləyir

Mercedes komandası Həmiltonu dəstəkləyir

Müəllif: Rauf Hacıyev, redaktor

12:06 - 12 May, 2016

Mercedes komandası əmindir ki, Lyuis Həmilton builki pis gedişatı tezliklə öz xeyrinə dəyişəcək.

F-1.az xatırladır ki, Həmilton ilk 4 yarışdan sonra komanda yoldaşı Niko Rosberqdən 43 xal geridə qalır. Mercedes AMG problemlərin səbəbinin MGU-H generatoru olduğunu demişdi. Pəddi Lou hesab edir ki, çempionat sonuna 17 yarış var və Həmiltonun hələ də şansı var.

Pəddi Lou: “Bu vəziyyəti düzəldəcəyik. Lyuis də problemləri həll etmək üçün çalışır. Hələ mövsümün əvvəlindəyik. Vacib olan sizin yarışda göstərdiyiniz performansdır.

Biz həmişə çalışmışıq ki, hər iki sürücümüzə də ən yaxşısını verək və həmişə belə edəcəyik”.

Amma Lou Rosberqin bolidində heç bir problem çıxmadığı halda, Həmiltonun bu qədər problem yaşamasına görə məyusdur: “Lyuisə görə məyusuq, çünki ona etibarlılıq mövzusunda kömək edə bilmirik.

2014-cü ildə mühərriklə bağlı heç bir problemimiz olmadı, amma bu 8 mühərrik arasındakı yeganə problem Həmiltonda aşkarlanmışdı.

Bu il də 8 mühərrik istehsal etmişik və problemlər yenə də Lyuisdə aşkarlanır. Problemimiz çox olmur, amma hamısı eyni adamın başına gələndə, qəribə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər , , ,
Paylaş

logo