19 Oktyabr 2019, Şənbə - 01:26

N.Rosberq: “Mercedes-də xoşbəxtəm”

N.Rosberq: “Mercedes-də xoşbəxtəm”

Müəllif: Rauf Hacıyev, redaktor

06:34 - 27 May, 2016

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq bildirib ki, Mercedes-dən ayrılmağı düşünmür…

F-1.az xatırladır ki, almaniyalı sürücü Formula1 karyerasına 2006-cı ildə Williams komandası ilə başlayıb və 2010-cu ildən Mercedes komandasında davam edir.

30 yaşlı sürücü 2014-cü və 2015-ci illərdə çempionluq uğrunda mübarizə aparsa da, bu mübarizədə komanda yoldaşı Lyuis Həmiltona məğlub olub. Amma almaniyalı sürücü bu mövsümə əla başlayıb və ilk 4 yarışda qalib gəlib. Ancaq Rosberqin müqaviləsi ilin sonunda başa çatır.

Rosberq Monako QP-dən əvvəl jurnalistlərin sualına cavab verib: “Mercedes-də xoşbəxtəm və Mercedes də mənimlə xoşbəxtdir. Mən əminəm ki, burada bir neçə il də qalacam. Bu barədə çox rahatam və yeni müqavilə barədə düşünmürəm”.

Sabiq Formula1 sürücüsü Gerhard Berger də Rosberqə Mercedesdə qalması ilə bağlı məsləhətlər verib: “İki tərəfə də məsləhətim odur ki, müqaviləni yeniləsinlər. Əks halda, Mercedes Mühəndislər Kubokunu, Niko isə karyerasını riskə atar. Mercedes-in gələn il Verlyayn ilə yarışması riskli olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 396
Teqlər , , , ,
Paylaş

logo