M.Şumaxer artıq simulyatorda işləyəcək

Mercedes komandasının ehtiyat sürücüsü Mik Şumaxer bu ilin qalan yarışlarında cümə günü simulyatorda işləyəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü Mercedes-də ehtiyat sürücü olsa da, simulyatorda da işləyir.

Mercedes-in planlarına görə Mik bu il bütün yarışlarda iştirak edəcəkdi, amma İmoladan etibarən Şumaxerin proqramında dəyişiklik ediləcək. Mik Avropa yarışlarında yalnız trasda yox, simulyatorda da işləyəcək.

Belə ki, 23 yaşlı pilot cümə günü Mercedes-in bazasındakı simulyatorda işləyəcək. Şənbə günü isə təyyarə ilə yarış keçirilən ölkəyə keçəcək.

Mikin W14-lə tesr etməsi isə hələ planda yoxdur. Onun İspaniya yarışından sonra Pirelli təkər testlərinə qatılmaq ehtimalı var, amma komandalar belə testlərdə əksər hallarda əsas sürücüləri ilə çıxırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*