V.Bottas: Yaxşı yerdəyəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarış üçün ən yaxşı yerdədir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Portuqaliya Qran Prisində poul qazanıb. O, komanda yoldaşı Lyuis Həmiltonu 0.007 saniyə qabaqlayıb.

Valtteri Bottas
: “Poul qazanmaq çox gözəldir. Uzun müddətdir ki, poul qazana bilmirdim. Sıralanma turunda güclü performans göstərməli idim, çünki ilk iki yarışda bu ən zəif nöqtəm olmuşdu. Bunun səbəbi isə təkərlərlə işləyə bilməməyim idi. Bu həftəsonu çox işləyərək, bunun öhdəsindən gəldik. Yarış üçün yaxşı yerdəyəm.

Soft təkərlər həftəsonu ərzində yaxşı işləməmişdi. Medium təkərlər daha yaxşı idi. Keçən il də ikinci sessiyada Medium təkərləri işlətmişdik. Yaxşı işləmişdilər. Medium təkərlərdə özümüzü daha yaxşı hiss edirdik. Son cəhdimizdə külək artdı və təkərləri qızdırmaqda çətinlik çəkdim. Buna baxmayaraq, əla nəticə qazandım. Yarışa Medium təkərlərlə başlayacağıq. Bu da bizə strategiya cəhətdən üstünlük verəcək. İlk pitə gec gedə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*