L.Həmilton: “Belə mübarizələrdən həzz alıram”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Fettellə apardığı mübarizə onu xoşbəxt edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü İspaniya yarışında Fettellə nəfəskəsən mübarizə apararaq, karyerasının 55-ci qələbəsini qazanıb.

Lyuis Həmilton: “Komanda bu gün əla iş gördü. Yarışlar belə keçəndə daha çox həzz verir. Sebastyan bu gün çox sütətli idi və onunla təkər-təkərə mübarizə aparmaqdan həzz aldım. İkimiz də qalib gəlmək üçün əlimizdən gələni etdik və bu gün qələbə mənim oldu. Startda nə baş verdiyini bilmirəm. Daha sonra isə komanda əla strategiya seçərək məni virtual təhlükəsizlik maşını rejimində pitə çağırdı və bu həmlə mənə qələbə gətirdi. Onlara təşəkkür edirəm. Dediyim kimi bu cür yarışları sevirəm və sonrakı yarışlarda da təkər-təkərə mübarizə aparmaq istəyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*