Haas heyətini Sinqapurdan əvvəl açıqlayacaq

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Sinqapur yarışından əvvəl 2020-ci ilin sürücü heyətini açıqlayacaqlar.

F-1.az xatırladır ki, Amerika təmsilçisinin növbəti mövsüm Maqnussenlə müqaviləsi var. İkinci maşın üçün isə Qrojanla Hülkenberqin adları hallanır.

Günter Ştayner: “İkinci sürücümüzü gələn həftə açıqlayacağıq. Niko ya da Roman olacaq. Hələ son qərarı vermədik, ancaq az qalıb.

Maliyyə vəziyyətimizə görə hər sürücünü yarışdıra bilmərik. Lakin Hülkenberq son 3 ildə 18 milyon avro qazanıb və bu hal bizə kömək edəcək. Bizdən nə qədər istəyəcək bilmirəm. Buna o qərar verəcək. Hülkenberq həm yaxşı sürücü, həm də yaxşı oğlandır. Roman da günündə yaxşı sürücüdür, ancaq bəzi günlərdə yaxşı olmur. Əsas problem budur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*